İş vaxtı: 09:00 - 19:00 (B.e - Cümə)
İlkEmlak
Məcburi Şərtlər və Qaydalar

Saytın Qaydaları

İlkEmlak.az platformasından istifadə edən hər bir şəxs (istər ziyarətçi, istərsə də elan yerləşdirən) aşağıdakı qaydaları şərtsiz olaraq qəbul etmiş sayılır. Qaydaların pozulması hesabın və elanların bərpa olunmadan silinməsi ilə nəticələnəcək.

Maddə 1. Ümumi Müddəalar

  • 1.1. İlkEmlak.az daşınmaz əmlakın alqı-satqısı və kirayəsi üçün vasitəçi məlumat platformasıdır. Sayt rəhbərliyi istifadəçilər arasındakı maliyyə əməliyyatlarına görə məsuliyyət daşımır.
  • 1.2. İstifadəçi saytda yerləşdirdiyi məlumatların doğruluğuna, aktuallığına və qanunvericiliyə zidd olmamasına görə şəxsən məsuliyyət daşıyır.

Maddə 2. Elanların Yerləşdirilməsi

  • 2.1. Bir elanda yalnız bir daşınmaz əmlak obyekti haqqında məlumat yerləşdirilə bilər.
  • 2.2. Eyni əmlaka aid eyni məzmunlu (və ya cüzi dəyişdirilmiş) birdən çox elan yerləşdirmək (təkrar elan / spam) qəti qadağandır.
  • 2.3. Açıqlama bölməsində digər xidmətlərin reklamı, kənar saytlara keçidlər (linklər) və ya əmlaka aid olmayan mətnlərin yazılmasına icazə verilmir.

Maddə 3. Qiymət və Parametrlər

  • 3.1. Qeyd olunan qiymət real və yekun olmalıdır. Diqqət çəkmək üçün "1 AZN", "100 AZN" kimi şərti, saxta və ya ilkin ödəniş qiymətlərini tam qiymət kimi qeyd etmək qadağandır.
  • 3.2. Otaq sayı, sahə (kv.m), mərtəbə və sənəd (çıxarış) haqqında məlumatlar tamamilə gerçəkliyə uyğun olmalıdır.

Maddə 4. Şəkillərə Dair Tələblər

  • 4.1. Şəkillər keyfiyyətli, aydın və bilavasitə satılan/kirayə verilən əmlaka aid olmalıdır. Üzərində başqa saytların loqosu (watermark) olan şəkillər silinəcək.
  • 4.2. Şəkillərin üzərində telefon nömrəsi, "Təcili", "Satıldı" kimi yazılar və ya hər hansi bir reklam banneri yerləşdirmək qadağandır.

Maddə 5. Elanın Deaktiv Edilməsi və Silinməsi

Aşağıdakı hallardan hər hansı biri aşkarlandıqda, elan xəbərdarlıq edilmədən dərhal deaktiv edilir və ya silinir. Ödənişli xidmətlərdən (VIP, İrəli çək) istifadə edilmiş olsa belə, ödəniş geri qaytarılmır:

  • 5.1. Saxta məlumat: Elanın mətni, qiyməti, ünvanı və ya şəkilləri gerçəyi əks etdirmədikdə.
  • 5.2. Təkrarçılıq (Spam): Eyni istifadəçi eyni əmlakı fərqli şəkillər və ya mətnlə yenidən yüklədikdə.
  • 5.3. Əlçatmazlıq: Qeyd olunan telefon nömrəsinə 3 (üç) dəfə zəng çatmadıqda və ya nömrə səhv/xidmət xaricində olduqda.
  • 5.4. Özgənin əmlakı: Əmlakın əsl sahibi və ya başqa agentlik məhz bu elanın silinməsi üçün rəsmi sübutla (çıxarış və ya müqavilə) administrasiyaya müraciət etdikdə.
  • 5.5. Kateqoriya xətası: Satılan əmlakın növü, bölməsi və ya şəhəri (rayonu) qəsdən yanlış seçildikdə.
  • 5.6. Satılmış əmlak: Əmlakın artıq satıldığı və ya kirayə verildiyi aşkarlandıqda, lakin elan verən tərəfindən saytdan silinmədikdə.

Hörmətli Rieltorlar bizimlə əməkdaşlıq etmək istərdiniz?

Daha çox müştəri, daha çox elan və peşəkar platform dəstəyi

Aktiv əməkdaşlıq proqramı mövcuddur

Sürətli Axtarış

Ən çox axtarılan bölgələr üzrə birbaşa keçidlər

Dərnəgüldə Kreditlə Mənzillər 20-Ci Məhəllədə Torpaq Sahəsi Ucuz 7-Ci Məhəllədə Satılır Həyət Evləri Qalada Kirayə Həyət Evləri Samux Mənzillər Satışı Nərimanovda Həyət Evləri Ucuz Kirayə 51-Ci Məhəllədə Ucuz Həyət Evləri Naxçıvan Mrda Günlük Kirayə Torpaq Sahəsi Sabirabadda Satışı Torpaq Sahəsi Saray Aylıq Kirayə Həyət Evləri Albalı Torpaq Sahəsi Satışı Qaradağda Satılır Mənzillər Hökməli Aylıq Kirayə Mənzillər Abşeronda Torpaq Sahəsi Günlük Kirayə Masallı Mənzillər Satışı Qobuda Günlük Kirayə Həyət Evləri Nərimanov Günlük Kirayə Mənzillər Suraxanıda Torpaq Sahəsi Satılan Qubada Torpaq Sahəsi Günlük Kirayə Ağcəbədidə Ucuz Kirayə Həyət Evləri