İş vaxtı: 09:00 - 19:00 (B.e - Cümə)
İlkEmlak
Qüvvəyə minmə tarixi: 01.06.2026

İstifadəçi Razılaşması

İlkEmlak.az platformasına xoş gəlmisiniz. Saytdan istifadə edərək və ya elan yerləşdirərək aşağıdakı qayda və şərtləri qəbul etmiş sayılırsınız. Zəhmət olmasa, diqqətlə oxuyun.

Hesab və Qeydiyyat

  • İstifadəçi qeydiyyatdan keçərkən yalnız özünə aid, doğru və aktual məlumatları təqdim etməlidir.
  • Hesabın təhlükəsizliyinə və şifrənin qorunmasına istifadəçinin özü cavabdehdir.
  • Bir şəxs yalnız bir şəxsi hesab yarada bilər (Agentliklər istisnadır).

Elanların Yerləşdirilməsi

  • Elan yalnız mövcud olan və real daşınmaz əmlakı əks etdirməlidir.
  • Eyni əmlak üçün təkrar elan (spam) yerləşdirmək qəti qadağandır.
  • Şəkillərdə başqa saytların loqosu və ya əlaqə nömrələri olmamalıdır.

Ödənişli Xidmətlər

  • VIP, Premium və "İrəli çək" kimi xidmətlər üçün edilən ödənişlər geri qaytarılmır.
  • Ödənişli elan da qaydaları pozarsa, xəbərdarlıq edilmədən silinə bilər.
  • Balans artırılması zamanı elektron qəbzlər istifadəçinin şəxsi kabinetində əks olunur.

Qadağan Olunmuş Fəaliyyətlər

Platformamızın keyfiyyətini və istifadəçilərin təhlükəsizliyini qorumaq məqsədilə aşağıdakı hallar qəti qadağandır və hesabın dərhal bloklanması ilə nəticələnə bilər:

  • Əmlaka aid olmayan məzmunlu, təhqiramiz və ya qanunazidd şəkillərin yüklənməsi.
  • Mülkiyyətçi və ya digər agentliklərin icazəsi olmadan onların əmlakının saxta adla satışa çıxarılması.
  • Saytın işinə süni şəkildə mane olmaq (botlardan, avtomatlaşdırılmış scriptlərdən istifadə etmək).
  • Açıqlama bölməsində digər şirkətlərin reklamını etmək və ya spam keçidlər (linklər) paylaşmaq.

Məsuliyyətin Məhdudlaşdırılması

İlkEmlak.az istifadəçilər tərəfindən yerləşdirilən elanların məzmununa, şəkillərinə və qiymətlərinə görə hüquqi məsuliyyət daşımır. Biz sadəcə alıcı və satıcını bir araya gətirən məlumat platformasıyıq.

İstifadəçilərə tövsiyə olunur ki, əmlaka real olaraq baxış keçirmədən və müvafiq hüquqi sənədləri (çıxarış, order və s.) yoxlamadan qarşı tərəfə heç bir halda beh (avans) və ya tam ödəniş etməsinlər.

Qaydaları pozan elan görmüsünüz?

Platformanın təmiz qalmasına kömək edin. Qaydaları pozan və ya saxta elanları bizə şikayət edə bilərsiniz.

Hörmətli Rieltorlar bizimlə əməkdaşlıq etmək istərdiniz?

Daha çox müştəri, daha çox elan və peşəkar platform dəstəyi

Aktiv əməkdaşlıq proqramı mövcuddur

Sürətli Axtarış

Ən çox axtarılan bölgələr üzrə birbaşa keçidlər

Dərnəgüldə Kreditlə Mənzillər 20-Ci Məhəllədə Torpaq Sahəsi Ucuz 7-Ci Məhəllədə Satılır Həyət Evləri Qalada Kirayə Həyət Evləri Samux Mənzillər Satışı Nərimanovda Həyət Evləri Ucuz Kirayə 51-Ci Məhəllədə Ucuz Həyət Evləri Naxçıvan Mrda Günlük Kirayə Torpaq Sahəsi Sabirabadda Satışı Torpaq Sahəsi Saray Aylıq Kirayə Həyət Evləri Albalı Torpaq Sahəsi Satışı Qaradağda Satılır Mənzillər Hökməli Aylıq Kirayə Mənzillər Abşeronda Torpaq Sahəsi Günlük Kirayə Masallı Mənzillər Satışı Qobuda Günlük Kirayə Həyət Evləri Nərimanov Günlük Kirayə Mənzillər Suraxanıda Torpaq Sahəsi Satılan Qubada Torpaq Sahəsi Günlük Kirayə Ağcəbədidə Ucuz Kirayə Həyət Evləri