Balansın artırılması
Balans PulPal vasitəsilə onlayn, M10 və ya bank kartına/rekvizitə köçürmə yolu ilə artırıla bilər. Onlayn ödəniş təsdiqləndikdən sonra məbləğ avtomatik balansa əlavə olunur. Köçürmə ilə ödənişlər çek/qəbz yoxlanıldıqdan sonra əl ilə təsdiqlənir; bu proses iş saatlarında adətən bir neçə saat çəkir.
Xidmətlərin geri qaytarılması
- Aktivləşdirilmiş ödənişli xidmətlər (VIP, Premium, "İrəli çək") göstərildiyi üçün geri qaytarılmır.
- Xidmət saytın texniki xətası səbəbindən göstərilməyibsə, məbləğ balansa qaytarılır və ya xidmət müddəti uzadılır.
- Elan qaydaları pozulduğu üçün rədd edilən və ya silinən elanın aktiv xidməti geri qaytarılmır.
İstifadə olunmamış balansın qaytarılması
İstifadə olunmamış balansı qaytarmaq üçün [email protected] ünvanına hesab e-poçtunuzdan müraciət edin. Müraciət qanunvericiliklə müəyyən edilmiş müddətdə nəzərdən keçirilir. Geri ödəniş eyni ödəniş üsulu ilə və ya ödəniş provayderinin imkanlarına uyğun aparılır; provayderin tutduğu komissiya varsa, o çıxıla bilər.
Səhv ödəniş
Səhvən artıq və ya təkrar ödəniş etmisinizsə, əməliyyat nömrəsi və çekin şəkli ilə dəstəyə yazın. Ödəniş təsdiqlənərsə, artıq məbləğ balansınıza əlavə olunur və ya qaytarılır.
Mübahisəli əməliyyatlar
Ödənişlə bağlı etirazlar əməliyyat tarixindən etibarən 30 gün ərzində qəbul edilir. Müraciət +994553975300 nömrəsinə və ya [email protected] ünvanına göndərilə bilər.
Əlaqə
İlkEmlak.az, Bakı, Azərbaycan.

